DƏVƏT

Təşkilatımızın Prezidenti və Baş Katibi olaraq, bu il təşkil edəcəyimiz 17-ci UNPSTR-Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi ilə bağlı keçirdiyimiz həyəcan və qürur hissini sizlərlə bölüşmək istərdik.

Dəyərli iştirakçılarımıza həm sosial əlaqələr yaratmaq, həm də elmi araşdırmalar və məlumatları həmkarlarımızla bölüşdürə bilmək naminə şərq və qərb ölkələrindən çoxlu sayda öz sahələrində mütəxəssis olan elm adamlarını bir yerə toplamağı qarşımıza məqsəd qoymuşuq. Dünyada mühüm siyasi, sosial, coğrafi və iqtisadi dəyişikliklərin yaşandığı bu dövrdə uşaqların sağlamlığına dair problemlər də tezliklə həllini tapmağı gözləyir. Bu məsələlərin həllini tapmağı isə bizlərin-pediatrların öhdəsinə düşür. Bu səbəblə, əsas hədəfimiz hər zaman ümumi, ortaq bir anlayış inkişaf etdirirək fərqli ölkələrdə işlərinə davam edən həmkarlarımız arasındakı mədəni və elmi əlaqələri bacardığımız qədər genişlətməkdir.

Sizlərin də iştirakı ilə həm tibbi inkişafın müzakirə ediləcəyi, həm də keçmiş təcrübələrin bölüşülərək gələcəyə dair əməkdaşlıq planlarının qurulacağı uğurlu konqresi təşkil edəcəyimizə olan inamımız tamdır.

19-22 Sentyabr 2019 tarixləri arasında Azərbaycan, Bakıda sizləri də tədbrimizdə görməyə çox şad olarıq.


Prof. Dr. Enver HASANOĞLU
UNPSTR Prezidenti
Dos. Dr. Nigar SADİYEVA
UNPSTR Baş Katibi
Kongresə Qalan
Duyurular
  • Kongre Tarihleri
    19-22 Eylül 2019
  • Kongre Lokasyonu
    Bakü - Azerbaycan
  • Kongre Oteli
    Fairmont Hotel
Organizasyon
 
Arkadyas Bilişim Hizmetleri
Copyright © 2019 Tüm Hakları Saklıdır