MƏLUMATLARIN GÖNDƏRİLMƏSİ




Məlumatların Göndərilməsi Qaydaları

Məlumatlar şifahi və ya görüntülü olaraq iki formada təqdim ediləcəkdir. Şifahi təqdimatlar üçün məhdud sayda müraciət qəbul ediləcəkdir.

Proqramda qeyd olunduğu halda kongresdə təqdim edilməyən və ya tezisi vaxtında təqdim edilməyən materiallar dərc edilməyəcəkdir. Tezislər Elmi Məsləhət Şurası tərəfindən qiymətləndiriləcək və qəbul edilib-edilməməsi ilə bağlı məktublar və təqdimat forması (sözlü və poster məruzə) 19 Avqust 2019-ci il tarixinə qədər müraciət edən şəxslərə göndəriləcək və eyni zamanda kongresin rəsmi veb səhifəsində elan ediləcəkdir. Tezislərin göndərilməsi üçün son tarix 26 iyul 2019-cu ildir və bu tarixdən sonra göndərilən materiallar nəzərə alınmayacaqdır.

Tezislərin göndərilməsi üçün son tarix: 26 iyul 2019-cu il

Kongresin qeydiyyat prosesinin yekunlaşması üçün təşkilatçı firmaya qeydiyyat tələbinin bildirilməsi və qeydiyyat xərcinin qeyd edilən bank hesab nömrəsinə yatırılması vacibdir. Qeydiyyat haqqında ətraflı məlumat üçün saytda “Qeydiyyat və yerləşmə” hissəsinə baxın. Materialları qəbul edilən iştirakçıların 23 avqust 2019-cu il tarixinə qədər qeydiyyat işləri yekunlaşdırılmalıdır.


MÜƏLLİFLƏRİN DİQQƏT ETMƏLİ OLDUQLARI MƏQAMLAR
  • Materialların kongresin kitabında dərc edilməsi üçün Kongres üçün qeydiyyatın yekunlaşması vacibdir.
  • Materiallar sadəcə kongresin veb səhifəsi vasitəsi ilə onlayn olaraq qəbul edilir. Poçt və ya faks ilə göndərilən tezislər qiymətləndirilməyəcəkdir.
  • Tezis göndərən şəxslərə "Tezis qəbul edildi” elektron məktubu avtomatik olaraq göndəriləcəkdir.
  • Materialın təqdim edilmə forması (sözlü və poster məruzə) ilə bağlı qərar vermə komitənin səlahiyyətindədir.
  • Tezis 300 sözdən artıq olmamalıdır. Səhv olmadan yazılmalıdır (300-dən artıq söz sistem tərəfindən qəbul edilməyəcəkdir).
  • Başlıqlarda qısaltmalardan istifadə edilməməlidir. Başlıq, müəllifin və müəssisə adlarının yazılış forması ilə bağlı qaydalar elektron şəkildə sistemdə göstərilib.
  • Müəlliflərin adları, işlədikləri yer və müəssisə yazıldıqda uzun ünvanlar yazılmamalıdır.
  • Xülasə; Giriş, Material və Metod, Nəticələr müəyyən sıra ilə yazılmalıdır.
  • Beynəlxalq sistemdəki qısaltmalardan başqa qısaltmalar istifadə edilməməlidir.
  • 17-ci UNPSTR-AVRASİYA Kongresində materiallar Türk və İngilis dillərində yerləşdiriləcəkdir.
  • Qəbul edilib-edilməmə ilə bağlı məktublarınız electron poçt ünvanına göndəriləcəkdir. Eyni zamanda onlayn material xülasəsi göndərmə sistemi olan "digiAbstract™"- dan da nəticələri öyrənə bilərsiniz.
  • Kongresə Qalan
    Duyurular
    • Kongre Tarihleri
      19-22 Eylül 2019
    • Kongre Lokasyonu
      Bakü - Azerbaycan
    • Kongre Oteli
      Fairmont Hotel
    Organizasyon
     
    Arkadyas Bilişim Hizmetleri
    Copyright © 2019 Tüm Hakları Saklıdır